«Türk dünyası: dünəni və bu günü» adlı konfrans başlayıb

23/05/2011

Bu gün Bakı Dövlət Universitetində «Türk dünyası: dünəni və bu günü» adlı iki gün davam edəcək beynəlxalq konfrans öz işinə başlayıb.

Konfransı açan və işinə uğurlar arzu edən BDU-nun rektoru, akademik Abel Məhərrəmov onun əhəmiyyətindən, elmə verəcəyi töhfələrdən bəhs edib. Rektor ulu öndər, görkəmli dövlət xadimi Heydər Əliyevin müstəqil dövlətimizin yaranmasında və inkişafında tarixi xidmətlərindən, türk dünyası ilə münasibətlərə verdiyi xüsusi önəmdən, ulu öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsindən danışıb.

Azərbaycan Tarix Qurumunun sədri, professor Tofiq Mustafazadə də konfransın işinə uğurlar arzulayıb, qloballaşan, eyni zamanda müxtəlif sivilizasiyalar arasında yaxınlaşma ilə yanaşı münaqişələrin müşahidə olunduğu günümüzdə bir-birinə qohum millətlər, o cümlədən də türk millətlərinin möhkəm birləşmə zərurətlərindən bəhs edib.

Sonra plenar iclas başlayıb. BDU-nun kafedra müdiri, professor Əsməd Muxtarova, «Türk xalqlarının qədim dövr və orta əsrlər dövrü dövlətçilik tarixi məsələləri haqqında»,  Professor, doktor Mehmat Saray «Türkiyenin yeni türk cümhuriyyetlərinə karşı izlemesi gereken sosyal, ekonomik və kültürel politika ve etkinlikler», Böyük Britaniya Türk Dünyası Forumu Onursal Başkanı Annakuly Nurmammedov «Avrasiya bölgesindeki bütünleşmeler, birlikler», BDU-nun tarix fakültəsinin dekanı, professor Sani Hacıyev isə «Yunanıstan, Ermənistan və PKK» (XX əsrin 80-90-cı cı illər) mövzusunda məruzə ilə çıxış ediblər.

Qeyd edək ki, konfransda Türkiyə, Rusiya, Gürcüstan, Özbəkistan, İran, Ukrayna, Belarus, İngiltərə, ABŞ, Yaponiyadan nümayəndələr qatılıb və 47 məruzə təqdim olunub. Konfrans 7 bölmədən ibarətdir:

Türklərin qədim tarixinin problemləri, Qədim və orta əsrlərdə türk dövlətləri arasında münasibətlər, Orta əsrlərdə və yeni dövrdə türklərin Rusiya, Qərbi Avropa və Cinlə münasibətləri, Türk dünyası bu gün: inteqrasiya və birliyə doğru addımlar, Türk xalqlarının mədəniyyəti, XX əsr türk tarixi, Türk tarixinin mənbəşünaslığı və tarixşünaslığı.

Mətbuat İnformasiya şöbəsi, 23 may 2011-ci il.

(Material  APA, SİA, Reportaj Xəbər Agentliyi, Lent.az, 1News.az, ru.redtram, news.rambler.ru, SalamNews, AZE.az, ANN.az, informasiya agentliklərində , xəbər portallarında  və  "Yeni Azerbaycan", "Xalq qəzeti"  qəzetlərində  də  yayımlanıb 23-24 may 2011-ci il)


 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!