«Trend»in baş direktoru tələbələrə hər yerdə rəhbər olmağı arzuladı

29/03/2011

Bu gün «Trend» İnformasiya Agentliyinin baş direktoru İlqar Hüseynli Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika kafedrasının müəllimi Pərvanə İbrahimovanın tədris etdiyi «Azərbaycan informasiya agentliklərinin təşəkkülü və inkişafı» fənni üzrə IV kurs tələbələrinə mühazirə oxuyub.

Rəhbərlik etdiyi agentliyin əsasən beynəlxalq əlaqələrindən, tərəfdaşlarından, Qafqaz və Xəzəryanı regionda aparıcı xəbər tədarükçüsü olduğundan danışan Baş direktor, dünya informasiya agentliklərinin sırasına düşmək, onların sıralarında təmsil olunmaq istiqamətində gördükləri işlərdən, reallaşdırdıqları layihələrdən də bəhs edib.

İlqar Hüseynlinin sözlərindən məlum olub ki, «Trend» 2009-cu ilin oktyabrında Pekin Dünya Media Forumunda təmsil olunub və beynəlxalq informasiya məkanında kifayət qədər ciddi nüfuza malik olan «Maklatçi» xəbər tədarükçüsünün sıralarına qatılıb.

İ.Hüseynli «Trend» News, «Trend» Capital, «Trend» Life və «Trend» Multimedia bölmələri, o cümlədən rəhbərlik etdiyi Day.az, Milli az. portalları barədə də məlumat verib.

Tələbələri maraqlandıran sualları cavablandıran baş direktor, onlara hər yerdə rəhbər olmağı arzulayıb.

Mühazirədə Beynəlxalq jurnalistika kafedrasının müdiri, dosent Həmid Vəliyev, fənn müəllimləri Pərvanə İbrahimova, Vüqar Əliyev də iştirak ediblər.

İlqar Hüseynli tələbələrdən, gələcəyin jurnalistləri isə Baş direktorun mühazirəsindən razı qalıblar.

Mətbuatİnformasiya şöbəsi, 29 mart 2011-ci il.

 

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!