TransTech Capital şirkətinin nümayəndələri BDU-da

04/05/2015

TransTech Capital şirkətinin nümayəndələri BDU-da olub. Qonaqları elm və innovasiyalar üzrə prorektor, professor Aydın Kazımzadə, xarici tələbələrlə iş üzrə dekan Gülheyran Rəhimova, beynəlxalq proqramlar şöbəsinin müdiri Elmira İsmayılova, kimya fakültəsinin dekanı Əbdülsəid Əzizov, ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı Nazim Şəmilov, fizika fakültəsinin dekanı Məhəmmədəli Ramazanov ilə görüşüblər. Görüşdə maraq doğuran istiqamətlər müəyyənləşdirilib və gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub. Qeyd edək ki, 1983-cü ildə təsis edilən şirkət texnologiyada  risk kapitalı sahəsində liderdir. Şirkət əsasən, enerji, tullantı, avtomobil, kimyəvi və tibbi texnologiya sektorunda maraqlıdır və gənc  sahibkarlara planlarını reallaşdırmaq üçün dəstək göstərir.

Mətbuat və informasiya şöbəsi 04 may 2015-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!