Təranə Mahmudova İspaniyanın Malaqa və İngiltərənin Vorvik universitetlərində keçirilmiş təlimlərdə iştirak edib

05/06/2014

Beynəlxalq proqramlar və layihələr şöbəsinin müdiri Təranə Mahmudova Bakı Dövlət Universitetinin nümayəndəsi olaraq Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin “Beynəlxalq əlaqələr sahəsində universitet idarəçiliyinin inkişaf etdirilməsi” (UNİVİA) adlı layihəsi çərçivəsində İspaniyanın Malaqa və İngiltərənin Vorvik universitetlərində keçirilmiş təlimlərdə iştirak edib. Təlimlərdə həmçinin Azərbaycan Dövlət İqtisad Universiteti, Naxçıvan Dövlət Universiteti, Kiyev Milli İqtisad Universiteti (Ukrayna), Qırğızıstan İqtisad Universiteti (Qırğızıstan), Xucand Dövlət Universiteti (Tacikistan), Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndələri də iştirak edib. Təlim zamanı iştirakçılar Malaqa və Vorvik universitetlərinin beynəlxalq əlaqələr ofislərinin fəaliyyəti və strategiyası ilə tanış olmuş, müasir dövrdə bu ofislərin qarşısında duran əsas vəzifələr və öhdəliklər haqqında ətraflı məlumat alıb, onları maraqlandıran suallara cavab axtarıblar. Təlim və müzakirələrdə fəal iştirak edib T.Mahmudova Bakı Dövlət Universiteti haqqında hazırladığı prezentasiyaları universitet nümayəndələrinin diqqətinə çatdırıb, onları maraqlandıran suallara cavab verib. “Beynəlxalq əlaqələr sahəsində universitet idarəçiliyinin inkişaf etdirilməsi” (UNİVİA) layihəsi, adından da göründüyü kimi, universitetlərin beynəlxalq əlaqələr ofislərinin fəaliyyətinin yaxşılaşdırılması və inkişaf etdirilməsi məqsədi daşıyır. Əsas koordinatoru Azərbaycan Dövlət İqtisad Universiteti olan bu layihədə yerli və xarici universitetlərin (keçmiş sovet və bir sıra Avropa ölkələrindən olan ali təhsil müəssisələrinin) iştirakı nəzərdə tutulub.

Mətbuat və İnformasiya şöbəsi, 05 iyun 2014-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!