Trakya Universitetinin tələbələri təhsillərini BDU-da davam etdirirlər

11/03/2015

Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekanı, professor Zeynal Həsənalıyev türkiyəli tələbələri qəbul edib. Məlum olub ki, Trakya Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin 4-cü kurs tələbələri - Abdurrehim Koyuncu və Sabit Orçun Çapkat Türkiyə Cümhuriyyətinin Təhsil Nazirliyi və Yüksək Öyretim Kurulunun təşəbbüsü ilə reallaşan Mövlana Proqramı çərçivəsində Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində təhsillərini davam etdirmək niyyətindədirlər.
Türkiyəli tələbələr Boloniya təhsil sisteminin qaydalarına uyğun olaraq kreditlərin müəyyən edildiyini və dərslərə başladıqlarını bildiriblər.
Professor Zeynal Həsənalıyevin sözlərindən məlum olub ki, rəhbərlik etdiyi fakültə Türkiyə Universitetləri ilə sıx əməkdaşlıq edir, tələbə, müəllim mübadiləsi, birgə proqram, layihə və konfranslarda iştirak edirlər.

Mətbuat və İnformasiya şöbəsi, 11 mart 2015-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!