“Ətraf mühitin mühafizəsi” mövzusunda təlim

24/11/2015

BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsi və “Təbiət Dostları” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə “Ətraf mühitin mühafizəsi” mövzusunda təlim keçirilib.

Tədbiri giriş sözü ilə açan BDU Tələbə Həmkarlar İttifaqının sədr-müavini Eltac Cəbiyev tələbələri universitetdə ekologiya mövzularında keçirilən tədbir və layihələr haqqında məlumatlandırıb.

Ekologiya fakültəsi Tələbə Həmkarlar Təşkilatının sədri Nəzmi Cəfərli keçirilən təlim haqqında geniş informasiya verərək tələbələri gələcək layihələrdə aktiv olmağa səsləyib.

“Təbiət Dostları” Gənclər Təşkilatının nümayəndələri Elşən Nuriyev, Mirvari Yolçuyeva və Rövşən Allahverdiyev mövzu ilə bağlı təlim keçiblər.

Tədbir tələbələrin suallarının cavablandırılması ilə yekunlaşıb.

Mətbuat və informasiya şöbəsi, 24 noyabr 2015-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!