“Ətraf mühit və qida təhlükəsizliyi” adlı dərs vəsaiti hazırlanıb

13/03/2017

Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin “Ekoloji kimya” kafedrasının professoru Sevinc Hacıyeva və adıçəkilən kafedranın dosenti  Elmina Qədirovanın birgə müəllifliyi ilə magistr pilləsi üçün  ingilis dilində “Ətraf mühit və qida təhlükəsizliyi” adlı dərs vəsaiti hazırlanıb. Dərs vəsaitinin elmi redaktoru  kimya elmləri doktoru, professor  Nazim Şəmilovdur. Dərs vəsaiti Avropa Birliyinin TEMPUS proqramı əsasında Bakı Dövlət Universiteti ilə İspaniyanın  Korunya Universiteti arasındakı əməkdaşlıq çərçivəsində hazırlanıb.

Qeyd edək ki, proqramın reallaşmasında  Biologiya fakültəsinin dekanı, professor Akif  Quliyev və dosent Yaşar Ömərovun dəstəyi olub.

Mətbuat və informasiya şöbəsi, 13 mart 2017-ci il

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!