Trabzon Avrasiya Universitetində də Xocalı faciəsi anılıb

29/02/2016

Xocalı faciəsinin 24-cü ildönümü münasibətilə  bir çox ölkələrdə anım tədbirləri keçirilir. Trabzon Avrasiya Universitetində  də Xocalı faciəsinin ildönümə həsr olunmuş panel təşkil edilib. Proqramın fəxri qonağı  olan millət vəkili Qənirə Paşayeva Trabzon Avrasiya  Universitetinin rəhbərliyinə Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımı ilə bağlı gəncləri daha geniş bilgiləndirən konfras, tədbir və görüşlərin keçirilməsi təklifini dəyərləndirdikləri üçün təşəkkür edib və Xocalı Soyqırımı ilə bağlı geniş məlumat verib. Universitetin rektoru professor Aşkın Asan, professor Arif Acaloglu faciədən kədərləndiklərini ifadə edərək   tarixi fakt və sənədlərə istinadən XX əsrin ən qəddar faciəsi ilə bağlı öz fikirlərini  bölüşüblər. Tədbirdə Trabzon Avrasiya Universitetində təhsil alan azərbaycanlı tələbələr, o cümlədən BDU-nun pedaqogika kafedrasının əməkdaşı Kəmalə Qəhrəmanova da iştirak edib.

Mətbuat və informasiya şöbəsi, 29 fevral 2016-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!