Tomson Röyters Agentliyinin əməkdaşı BDU-da treninq keçib

10/02/2017

Bakı Dövlət Universitetinin Elmi-Tədqiqat Hissəsinin təşkilatçılığı ilə Tomson Röyters Agentliyi Elm və təhsil departamentinin əməkdaşı Aygün Babazadə universitetdə treninq keçib.  Aygün Babazadə təmsil etdiyi agentlik və həmin qurumda yer alan elmi jurnallar haqqında ətraflı məlumat verib, Azərbaycanla bağlı təhlillərini nümayiş etdirib. Məlum olub ki, agentliyin müəyyənləşdirdiyi indenksli jurnallarda BDU alimlərinin məqalələri ildən-ilə artır və yüksək göstəricilər qazanır. Məqalələrin əsasən fizika, fiziki kimya, riyaziyyat, enerji sahələrini əhatə etdiyini qeyd edən A.Babazədə indeksli jurnallarda məqalə çap etdirmək üçün daha çox üstünlük verilməli olan məqamlara diqqət çəkib.

Mətbuat və informasiya şöbəsi, 10 fevral 2017-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!