Tomson Reyters BDU-da treninq keçirib

06/10/2011

Bu gün Bakı Dövlət Universitetində Tomson Reyters (Thomson Reuters) Agentliyi onun tərərfindən hazırlanmış WEB KHOWLEDCE proqramından istifadə üzrə treninq keçirib. Tədbiri Tomson Reyters Agentliyin Mərkəzi və Şərqi Avropa üzrə ölkə meneceri Metin Tunc keçirib. Treninqin əvvəlində BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, professor Aydın Kazımzadə çıxış edərək, BDU-nun respublika elmi potensialının hiss olunacaq dərəcədə əhəmiyyətli hissəsini əhatə etdiyini bildirib, Azərbaycan alimlərinin, o cümlədən BDU alimlərinin əsərlərinin dünya şöhrətli Tomson Reyters Agentliyinin siyahısında yer almasını, uğurla çap olunmasını vurğulayıb. Qeyd edək ki, Tomson Reyters Agentliyinin məlumat bazasında 12 min akademik və elmi jurnal, 148 min konfrans və s. haqqında məlumat var. Agentliyin müəyyənləşdirdiyi indenksli jurnallarda BDU alimlərinin əsərlərinin sayı ildən-ilə artır və yüksək göstəricilər qazanır. Treninqdə həmçinin BDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor İradə Əliyeva, Xarici tələbələrlə iş üzrə dekan Gülheyran Rəhimova da iştirak ediblər.

 

Mətbuat və informasiya şöbəsi, 06 oktyabr 2011-ci il.

 

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!