Tomson Reyters BDU-da seminar keçirib

01/06/2011

Bu gün Bakı Dövlət Universitetində «Azərbaycanda elmə Tomson Reyters (Thomson Reuters) Agentliyi tərəfindən baxış» mövzusunda seminar keçirilib. Rektor, akademik Abel Məhərrəmov Agentliyin Mərkəzi və Şərqi Avropa üzrə ölkə menecerləri Mr.David Horky, Mr. Shahrooz Sharifrazy və Mr. Metin Tuncu və digər iştirakçıları salamlayıb. BDU-nun respublika elmi potensialının hiss olunacaq dərəcədə əhəmiyyətli hissəsini əhatə etdiyini bildirən rektor azərbaycanlı alimlərin, o cümlədən BDU alimlərinin əsərlərinin dünya şöhrətli Tomson Reyters Agentliyinin siyahısında yer almasını, uğurla çap olunmasını vurğulayıb.

Tomson Reyters Agentliyinin yaranma tarixinə, fəaliyyət istiqamətlərinə nəzər salan rektor agentliyin məlumat bazasında 23 min akademik və elmi jurnal,  23 milyon patent, 110 min konfrans haqqında məlumat, 9 min veb səhifə, o cümlədən 1900-cü ildən başlayaraq tarixdə baş vermiş əlamətdar hadisələrin xronologiyasının da cəmləşməsinə diqqət çəkib.

Agentliyinin Mərkəzi və Şərqi Avropa üzrə ölkə meneceri Mr.David Horky təmsil etdiyi Agentlik və həmin qurumda yer alan elmi dərgilər haqqında ətraflı məlumat verib, Azərbaycanla bağlı təhlillərini nümayiş etdirib. Məlum olub ki, Agentliyin müəyyənləşdirdiyi indenksli jurnallarda alimlərimizin əsərlərinin sayı ildən-ilə artır və yüksək göstəricilər qazanır. AMEA, BDU, Neft Akademiyası, Texniki Universitet və Tibb Universitetinin adının agentlikdə yer aldığını bildirən David Horky məqalələrin əsasən fizika, fiziki kimya, riyaziyyat, enerji sahələrinin əhatə etdiyini qeyd edib.

Tədbir çoxsaylı suallarla başa çatıb.

Mətbuat və İnformasiya şöbəsi, 1 iyun 2011-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!