Tokyo Boeki şirkətlər qrupunun nümayəndələri Nanoaraşdırmalar laboratoriyasında olublar

11/07/2017

Tokyo Boeki şirkətlər qrupunun nümayəndələri Bakı Dövlət Universitetinin Nanoaraşdırmalar laboratoriyasında olublar. Tokyo Boeki şirkətlər qrupunun satış üzrə direktoru Kase Tomohiro, satış üzrə meneceri Vitaliy Tinkov və JEOL şirkətinin Rusiya üzrə prezidenti Tatsumi Hitaçi laboratoriyanın rəhbəri və işçi heyəti ilə görüşüb, görülən işlər, tədqiqat istiqamətləri və gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər. Eyni zamanda, qonaqlar BDU-nun ərazisində inşa edilən Yüksək Texnologiyalar Mərkəzində görülən işlərlə tanış olub, öz təkliflərini irəli sürüb, gələcək əməkdaşlıq çərçivəsində müasir elektronikanın əsasını təşkil edən inteqral sxemlərin innovativ üsullarla hazırlanması və materialşünaslıqda istifadə olunan ən son diaqnostik və analiz avadanlıqları ilə təmin edə biləcəklərini vurğulayıblar. Qeyd edək ki, Nanoaraşdırmalar laboratoriyasının JEOL  və Tokyo Boeki şirkətlər qrupuna üzv olan digər Rigaku şirkəti ilə  əməkdaşlığı uzun illərdir ki davam edir. Bu əməkdaşlıq çərçivəsində Bakı Dövlət Universitetinin sifarişi ilə 2012-ci ildə maliyyə dəyəri bir milyondan artıq olan elmi tədqiqat avadanlıqları (SEM, JEOL, JSM-7600F və  Rigaku MiniFlex 600) alınıb və quraşdırılıb, eyni zamanda, laboratoriyanın bir necə əməkdaşı Yaponiyanın Tokio şəhərində adıçəkilən şirkətlər tərəfindən təşkil olunmuş qısamüddətli təcrübə proqramında iştirak edib və sertifikatla təltif olunublar.

Mətbuat və informasiya şöbəsi, 11 iyul 2017-ci il

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!