Tofiq Vəliyev vəfat edib

26/05/2014

Bakı Dövlət Universitetinin «Slavyan ölkələri tarixi» kafedrasının müdiri, professor Tofiq Vəliyev vəfat edib.
T.Vəliyev 1934-cü il may ayında Ağdam şəhərinin Kürdlər kəndində müəllim ailəsində anadan olub.  1948 – 1951- ci illərdə Ağdam Pedaqoji texnikumunda təhsil alıb.
1951 – 1952-ci tədris ilində Yevlax rayonunun Qoyunbinəsi kəndində müəllim işləyib.
1953 – 1958-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində oxuyub, təhsilini başa vurduqdan sonra təyinatla AMEA Tarix institutuna göndərilib.
1960 - 1963 –cü illərdə İnstitutun əyani aspiranturasında təhsil alıb.
1966-cı ildə «XX əsrin əvvəllərində Azərbaycanın ipək emalı sənayesi» mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
1986-cı ildə «XX əsrin əvvəllərində Azərbaycanın sənayesi və proletariatı» mövzusunda isə doktorluq dissertasiyası müdafiə edib.
1990-cı ildə müsabiqə yolu ilə BDU-nun Tarix fakültəsinə professor vəzifəsinə keçib.
1993-cü ildən bu günədək fakültənin «Slavyan ölkələri tarixi» kafedrasının müdiri vəzifəsində işləyib.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!