Tələbələrin XVII Respublika fənn olimpiadasının 1-ci turu Bakı Dövlət Universitetində başladı

16/03/2012

Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanovun əmrinə əsasən ölkəmizdə fevral-aprel aylarında tələbələrin XVII Respublika fənn olimpiadası (riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, ingilis, alman, fransız və rus dili fənləri üzrə) keçirilir. Tələbələrin Respublika fənn olimpiadası Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə tədbiri olaraq ali peşə təhsili sistemində mütəxəssis hazırlanmasının keyfiyyətinin yüksəldilməsinə xidmət edən olimpiada iki tur üzrə (I tur - ali təhsil müəssisələrində, II tur isə-respublika səviyyəsində) keçirilir.

Olimpiadanın əsas məqsədi ali təhsil müəssisələrində təhsil alan tələbələrin müxtəlif fənlərə marağının artırılması, istedadlı tələbələrin aşkar edilməsi və respublikada olan istedad potensialının inkişafının stimullaşdırılmasından ibarətdir. Olimpiada qaliblərini aşağıdakı məbləğdə mükafatların verilməsi gözləyir.

1-ci yer (12 nəfər) üçün 300 manat

2-ci yer (24 nəfər) üçün 150 manat

3-cü yer (36 nəfər) üçün 100 manat

Mətbuat və informasiya şöbəsi, 16 mart 2012-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!