Tələbələrimiz ABŞ-da qalib olublar

14/08/2015

ABŞ-ın Redmond şəhərində keçirilən “Microsoft Imagine Cup 2015” müsabiqəsinin “İnnovasiyalar” kateqoriyasında Bakı Dövlət Universitetinin və Xəzər Universitetinin tələbələri - Nizami İsmayılov, Arif Mövsümzadə, Fidan və Ülviyyə Rüstəmovaların təmsil olunduğu “NoObs” komandası iştirak edərək ikinci yeri qazanıb. “Microsoft Imagine Cup 2015” müsabiqəsində ilk dəfəiştirak edən komanda “Bluetooth-tənzimçilər” dəsti, qaməti əymədən oturmaq və durmaq vərdişi yaradan “Windows Phone” platformalı smartfonlar üçün proqram təminatı olan “Spinal” layihəsini təqdim edib. Birinci, ikinci və üçüncü yerləri tutmuş mükafatçılar layihənin sonrakı inkişafına “Microsoft” şirkətindən 50, 10 və 5 min dollar məbləğində qrant əldə ediblər.
Xatırladaq ki, “NoObs” komandası “Microsoft Azerbaijan” şirkəti ilə birgə Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində Yüksək Texnologiyalar parkı və “Nar mobile” şəbəkə operatoru tərəfindən keçirilmiş “Imagine Cup” lokal seçim turunun qalibləri olub.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!