Tələbələr üçün Böyük Britaniya imkanı

10/04/2015

Artıq dördüncü ildir ki, “British Council” və PASHA Bank ənənəvi “Gələcəyə Təşəbbüs” yazı müsabiqəsini elan edir.

Bununla bağlı olaraq bu gün Bakı Dövlət Universitetinin Beynəlxalq layihələr şöbəsində “British Council”un əməkdaşı Nigar Nəsrullayeva tələbələr üçün təqdimat edib.

Qeyd edək ki, ali təhsil müəssisələrinin tələbələri arasında həyata keçirilən bu müsabiqənin əsas məqsədi tələbələrə ölkənin iqtisadi inkişafı və sosial-iqtisadi islahatlarını müzakirə etmək üçün imkan yaratmaq, həmçinin, gəncləri Azərbaycanın gələcək inkişafında daha aktiv rol oynamağa sövq etməkdir.

Layihənin əsas fəaliyyəti Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində təqdimatların keçirilməsi, inşa yazma qabilliyyəti, istinad və plaqiatçılıq mövzuları üzrə seçilmiş tələbələrə təlimlərin keçirilməsi və təlim keçmiş namizdələr tərəfindən inşaların yazılmasından ibarətdir.

İştirakçılar Azərbaycan vətəndaşı olmalı və təqdimat üçün nəzərdə tutulan ali təhsil müəssisələrinin 18-22 yaş arası tələbələri olmalıdır.Müsabiqənin üç qalibi 2015-ci ilin iyul-avqust ayları ərzində Böyük Britaniyanın aparıcı universitetlərindən birində yay məktəbində iştirak edəcək.

Müsabiqənin finalistlərinə PAŞA Bank tərəfindən müxtəlif dəyərli hədiyyələr təqdim ediləcək, həmçinin, layihədə uğurlu iştirakına görə PAŞA Bank və British Council tərəfindən sertifikatlar təqdim olunacaq.

Mətbuat və informasiya şöbəsi, 10 aprel 2015-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!