Tələbələr müsabiqədə iştirak ediblər

19/04/2012

Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2007-ci il tarixli 2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Bakı Dövlət Universitetinin bakalavr, magistratura və doktorantura pillələri üzrə xaricdə təhsil almaq istəyən universitet tələbələrinin və gənc tədqiqatçıların ingilis, alman və fransız dilləri üzrə tələb olunan sertifikatlarının əldə edilməsi məqsədi ilə BDU-da dil kurslarının təşkili nəzərdə tutulmuşdur. Bu məqsədlə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İ.Əliyeva, İngilis dili kafedraların müdirləri  A.Abbasov, B.Hacıyev, Alman və fransız dili kafedrasının müdiri E.Fərəcullayeva, Xarici tələbələrlə iş üzrə dekan G.Rəhimova, Hüquq fakültəsinin dekan müavini G.Kərimov, Xarici tələbələrlə iş üzrə dekan müavini K.Eyyubov və Beynəlxalq əlaqələr və koordinasiya departamentin rəhbəri S.Yusifovanın iştirakı ilə tələbələr üçün müsabiqə təşkil olunmuşdur. Müsabiqədə 100 yaxın tələbə iştirak etmişdir.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!