Tələbələr hesabat verdi

03/05/2017

Bu gün Bakı Dövlət Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsinin XII hesabat-seçki konfransı keçirilib. Konfransda təşkilatın ötən 5 illik (2012-2017) fəaliyyəti barədə hesabat verən sədr Daşqın Qənbərov, təşkilatın fəaliyyətinə yaratdığı münbit şəraitə görə BDU-nun rektoru, akademik Abel Məhərrəmova və təşkilata göstərdiyi diqqətə görə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, millət vəkili Səttar Mehbalıyevə minnətdarlığınıbildirib. Sədrin hesabatından sonra konfrans reqlamentinə uyğun olaraq işinə davam edib. Çıxış edən tələbələr təşkilat sədrinin hesabatına yüksək qiymət verərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıblar. Tədbirdə iştirak edən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Mədəni - kütləvi və idman işləri şöbəsinin müdiri Rüstəm Nəzirov çıxış edərək Respublika Komitəsinin də BDU THİK-nin fəaliyyətini müsbət dəyərləndirdiyini konfrans iştirakçılarının diqqətinə çatdırıb, təşkilatın gələcək fəaliyyətində bir sıra məsələlərin həllinə yönəlik işlərin görülməsini yeni seçiləcək heyətə tövsiyə edib. Sonda BDU THİK-nin yeni İdarə Heyəti formalaşıb və Daşqın Qənbərov yenidən təşkilata sədr seçilib.

Mətbuat və informasiya şöbəsi, 03 may 2017-ci il

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!