Tələbələr "BDU ÜÇÜN OXU"du

03/12/2015

Bakı Dövlət Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə yeni "BDU ÜÇÜN OXU" videoçarxının təqdimatı keçirilib.

Tədbirdə THİK sədri Daşqın Qənbərov, Jurnalistika fakültəsi Tələbə Həmkarlar Təşkilatı sədri Azərpaşa Hüseynli, "BDU ÜÇÜN OXU"nun yaradıcı heyəti, o cümlədən layihə rəhbəri Rəşid Mustafazadə, rejissor Kamil Əmirli digər tələbələr iştirak edib.

Daşqın Qənbərov hər kəsi salamlayaraq BDU THİK-in hər zaman tələbələrin ideyalarının reallaşması üçün yaratdığı şəraitdən söz açıb. O bildirib ki, əsas istiqamətlərdən biri də yaradıcı tələbələrə dəstək verməkdir.

Rəşid Mustafazadə çıxış edərək layihədə əziyyəti keçən hər kəsə təşəkkürünü bildirib və gələcəkdə də bu cür layihələrin təqdim ediləcəyini dilə gətirib. O, ideyanın yaranması, layihə boyu baş verən müəyyən çətinliklər və maraqlı məqamlara toxunub.

Mətbuat və informasiya şöbəsi, 03 dekabr 2015-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!