Tələbələr Bakı Beynəlxalq Dəniz Ticarət Limanında olub

30/11/2015

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin bir qrup tələbəsi Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanında olublar. İlk olaraq tələbələrə limanın tikilmə mərhələləri, ayrılan vəsait, statistik nəticələr və görüləcək işlər haqqında ətraflı təqdimat edilib. Daha sonra Bakı Dəniz Limanında olan tələbələr yüklərin qəbulu,  boşaldılması və digər prosesləri izləyiblər. Gənclərgəminin kapitan otağı, göyərtəsi, onun necə idarə olunması ilə tanış olublar. Liman işçiləri tərəfindən tələbələrə gəmilər, yüklənən və daşınan mallar, o cümlədən yüklərin daşındığı limanlar haqqında məlumat verilib. Tələbələr limanda "mən limanı sevirəm" həştəqli xatirə fotosu çəkdiriblər.

Qeyd edək ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC Azərbaycan Respublikası prezidentinin 18 mart 2015-ci il tarixli sərəncamı ilə yaradılıb. Hazırda,  Bakı Limanının Avrasiyada nəqliyyat və logistika mərkəzinə çevrilməsi istiqamətində beynəlxalq standartlara uyğun işlər görülür.

Mətbuat və informasiya şöbəsi, 30 noyabr 2015-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!