Tələbələr arasında "61!" oyunu üzrə çempionat davam edir

04/07/2017

AzTV telekanalında tələbər arasında "61!" oyunu üzrə 2017-ci il çempionatı keçirilir. Qələbə uğrunda Azərbaycanın 16 ali təhsil müəssisəsindən 27 tələbə mübarizə aparır.
Veriliş Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə həftənin çərşənbə günləri, saat 21:30-da efirə çıxır. 
Veriliş Amerikanın populyar "Jeopardy!" televiziya oyununun lisenziyalı versiyasıdır. 61 sualdan ibarət olan oyun "61!" adlanır, iki raundun hər birində 30 sual səslənir, oyunun sonunda isə iştirakçılara final sualı verilir. 
Tələbə çempionatı olimpiya sistemi üzrə keçirilir və 13 verilişdən 1/9 finalda 9 oyundan, üç 1/3 finaldan və böyük finaldan ibarətdir.
Çempionatın qalibi 5000 AZN məbləğində pul mükafatı qazanacaq.
Növbəti oyunda, 1/3 filnalda, DİA - Prezident yanında Dövlət İdarəçilik Akademiyası nın tələbəsi Nurlan Abdurahmanov, Bakı Dövlət Universitetinin tələbəsi Cavidan Hacıyev və Bakı Mühəndislik Universitetinin tələbəsi Emil Yusublu qarşılaşacaqlar.
Bu oyun çərşənbə günü, iyulun 5-də, saat 21:30-da AzTV telekanalında yayımlanacaq.

 

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!