Tələbə-jurnalistlərin təqdimatında Azərbaycan və ingilis dillərində həftəlik xəbər buraxılışları hazırlanır

02/06/2017

Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin tələbələri universitetin Tədris-teleradio studiyasında “BDU TV Xəbərlər” adı altında universitetdə keçirilən tədbirlər, görüşlər, tələbələrin və müəllimlərin elmi müstəvidə qazandıqları nailiyyətlər barədə həftəlik xəbər buraxılışı hazırlayırlar. Artıq bir neçə aydır ki, Azərbaycan dilində təqdim edilən xəbərlərın ingilis dili buraxılışı  hazırlanıb. Xəbər buraxılışı Jurnalistika fakültəsinin I kurs ingilisdilli qrupları tələbələrinin iştirakı ilə hazırlanıb və “Weekly news block" adı ilə təqdim olunub.

Qeyd edək ki, Tədris-teleradio studiyasında universitet xəbərləri ilə yanaşı, sosial çarxlar, sənədli filmlər, “Tələbə bileti”, “Gələcəyin sədası” adlı verilişlər də hazırlanaraq Youtube kanalı və sosial şəbəkələr vasitəsi ilə yayımlanır. Verilişlər Tədris-teleradio studiyasının əməkdaşı Ramin Rzayevin rəhbərliyi və fakültə müəllimlərinin iştirakı ilə ərsəyə gəlir. Verilişlərdə aparıcı, müxbir, reportyor və operator olaraq jurnalistika fakültəsinin tələbələri iştirak edir və bütün bunlar tələbələrin praktik biliklərinin artırılmasında mühüm rol oynayır. Yaxın günlərdə xəbərlərin rus dilində yayımı da nəzərdə tutulur.

Qeyd edək ki, 1983-cü ildə yaradılan Tədris-teleradio studiyası BDU-nun təşəbbüsü, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi nəticəsində ötən il əsaslı təmirdən sonra müəllim və tələbələrin ixtiyarına verilib.

https://www.youtube.com/watch?v=s4fvB5VDtpM

https://www.youtube.com/watch?v=SRN2z30Ub7M&t=1s

Mətbuat və informasiya şöbəsi, 02 iyun 2017-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!