Tələbə-jurnalistlərin iş yerləri auditoriyalarına gəldi

23/02/2011

Bu gün Bakı Dövlət Universitetində Azərbaycan Respublikası Prezidentinin yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun təşəbbüsü ilə Azərbaycanın 27 qəzet redaktorunun jurnalistika fakültəsinin IV kurs tələbələri ilə görüşü keçirilib. Tədbiri giriş sözü ilə açan dekan, professor Yalçın Əlizadə fakültənin tarixi haqqında məlumat verdikdən sonra görüşün əsas məqsədini açıqlayıb. Məlum olub ki, KİV rəhbərləri tələbə-jurnalistlərin işlə təmin edilməsində maraqlıdırlar.
Bu barədə çıxış edən Azərbaycan Respublikası Prezidentinin yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərli Fondun azad mətbuatın, jurnalist peşəkarlığının inkişaf etdirilməsi, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün 2008-ci ildə Prezident İlham Əliyevin xüsusi fərmanı ilə yaradıldığını bildirib.
Daha sonra baş redaktorlar - Rəşad Məcid, Rauf Arifoğlu, Fazil Abbasov, Murad Fərzəliyev, Elçin Mirzəbəyli, Mətbuat Şurasının sədri Əflatun Amaşov və başqaları çıxış edərək rəhbərlik etdikləri qurum və qəzetlər barədə tələbələrə məlumat verib və gənc jurnalistləri işlə təmin etməyi öhdəlik götürdüklərini deyiblər.
Qeyd edək ki, tələbə-jurnalistlərin işə qəbulu onların fakültədə oxuduqları dörd il ərzində qazandıqları bilik səviyyəsinə müvafiq müəyyən ediləcək.

Mətbuat və İnformasiya şöbəsi, 23 fevral 2011-ci il.

(Tədbir azxeber.com xəbər portalında, "Şərq","Yeni Müsavat"qəzetində də yayımlanıb – 23 fevral 2011-ci il).

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!