“Tələbədən tələbəyə” təlimlərinə yenidən start verilib

27/11/2017

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində 2014-cü ildən fəaliyyətə başlamış “Tələbədən tələbəyə” layihəsinin IV sessiyasının “Redaktə” adlı ilk təlimi baş tutub. Təlimdə BDU Jurnalistika fakültəsinin magistrantı  Nurlan Ağa redaktə sahəsindəki biliklərini tələbələrlə bölüşüb. Təlim əsnasında iştirakçılar qəzet, radio, televiziya və onlayn jurnalistikada redaktənin ümumi xüsusiyyətləri, faktlarla işləmək, mürəkkəb, xüsusi, coğrafi adlar və terminlərin yazıda istifadəsi kimi məsələlərlə tanış olublar. Həmçinin müəllif redaktəsinin vacib cəhətləri, yazıların təkrar düzəlişi haqqında da söhbət açılıb. Tələbələr jurnalistika janrları üzrə redaktənin əsas prinsipləri və janrdan-janra olan fərqliliklərlə bağlı da biliklər əldə ediblər. Təlimin nəzəri hissəsindən sonra iştirakçılarla müxtəlif janrlar üzrə redaktə edilmiş materiallar müzakirə olunub. Sonda isə onlara düzəliş etmələri üçün dörd fərqli janrda yazılar təqdim edilib. Qeyd edək ki, silsilə təlimlərdən ibarət olan və jurnalistika üzrə ayrı-ayrı sahələri əhatə edən layihədə gələcək həftələrdə də təlimçi olaraq seçilmiş tələbələr öz bilik və bacarıqlarını iştirakçı tələbələrlə  bölüşəcəklər.

Mətbuat və informasiya şöbəsi, 27 noyabr 2017-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!