Tələbədən Tələbəyə - 4"-ün buraxılış mərasimi keçirilib

17/04/2018

Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin "Tələbədən Tələbəyə" layihəsinin 4-cü buraxılış iştirakçılarının yekun qiymətləndirməsi baş tutub. Tədbiri giriş sözü ilə açan Jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Əliyev fakültədə bu cür layihələrin həyata keçirilməsinin tələbələr üçün olan faydalarından danışıb və təlimlərin davamlı olacağını arzulayıb. Buraxılışda Azərbaycan Radiosu proqram direktorunun müavini, baş məsləhətçi Cavanşir Cahangirov, Ukraynada media eksperti kimi fəaliyyət göstərən Mirfəttah Rəsulov və ARB TV Xəbərlər Departamentinin baş redaktoru Aynur Nəsirova da iştirak ediblər.

Layihə rəhbəri, dosent Könül Niftəliyeva və idarə heyətinin digər üzvlərinin "Tələbədən Tələbəyə"nin tarixi və gedişatı haqqında çıxışlarından sonra komandalar şəklində ayrılmış tələbələrin ayrı-ayrılıqda radio, video və foto tapşırıqları nəzərdən keçirilib. Ekspertlər tələbələrin işlərini qənaətbəxş hesab edərək, daha da uğurlu işlər görəcəklərinə əminliklərini bildiriblər.

Sonda isə "Tələbədən Tələbəyə - 4"-ü başa vurmuş iştirakçılara sertifikatlar təqdim olunub.

Mətbuat və informasiya şöbəsi, 17 aprel 2018-ci il.


 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!