Tələbə Liqasının ilk qarşılaşma oyunu Bakı Dövlət Universitetinin 2:1 hesablı qələbəsi ilə başa çatıb

14/05/2010

Mayın 14-də «Şəfa» stadionunda AFFA, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi Tələbə Liqasının açılış mərasimi keçirilib. Tədbirdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, təhsil naziri Misir Mərdanov, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Məclisin deputatları, ali təhsil məktəblərinin rəhbərləri və digər rəsmi şəxslər iştirak ediblər. Mərasimi açan AFFA-nın prezidenti Rövnəq Abdullayev bildirib ki, tələbələr arasında indiyə qədər 2 Respublika çempionatı keçrilib və hər iki çempionat ümummilli lider Heyər Əliyevin xatirəsinə həsr olunub: «Bu gün açılışını keçirdiyimiz Tələbə Liqası məhz Heydər Əliyevin xatirəsinə həsr olunmuş tələbələr arasında respublika çempionatlarının əsasında yaradılıb. Ölkəmizdə futbolun kütləviləşməsi məqsədilə AFFA çoxsaylı tədbirlər həyata keçirir. Müxtəlif yaş qruplarından ibarət komandalar arasında turnirlər, liqalar təşkil olunur. Təbii ki, bu baxımdan Tələbə Liqasının yaradılması da vacib addımlardan biridir. Tələbər arasında Respublika çempionatlarının yüksək səviyyədə keçirilməsi bu liqanın yaradılması zərurətini yaratdı və AFFA İcraiyyə Komitəsinin 14 avqust 2009-cu il tarixli iclasında bu barədə qərar qəbul olundu. Bu liqanın yaradılması həm də ona görə təqdirəlayiq haldır ki, cəmiyyətin intellektual təbəqəsi – tələbələr futbol ailəsinə daha da yaxın olacaqlar». AFFA-nın prezidenti Tələbə Liqasının davamlı keçiriləcəyinə və oyunların maraqlı olcağına əminliyini ifadə edib. Gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Misir Mərdanov, Milli Olimpiya Komitəsinin vitse-prrezidenti Çingiz Hüseynzadə, Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov çıxış edərək turnir iştirakçılarına uğurlar arzulayıblar.
Açılış mərasimi başa çatdıqdan sonra Bakı Dövlət Universiteti ilə Azərbaycan İqtisad Universitetinin komandaları arasında Tələbə Liqasının ilk oyunu keçirilib. Qarşılaşma Bakı Dövlət Universitetinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

BDU-nun Mətbuat və İnformasiya şöbəsi, 14 may 2010-cu il.

 

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!