Tələbə Həmkarlar İttifaqı Komitəsinin növbəti uğurlu layihəsi

31/05/2011

Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi “Kiçik Qəlbin Mübarizəsi” adlı xeyriyyə marafonu çərçivəsində gənclərin sevimlisi, tanınmış estrada müğənnisi Röya Ayxanın ifasında eyni adlı konsert tədbiri təşkil edib. 30 may 2011-ci il tarixində baş tutan tədbirdə iştirak edən Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektor Prof. Sani Hacıyev açılış nitqi ilə çıxış edərək tədbiri və tədbirin təşkilatçısı olan THİK-in fəaliyyətini yüksək qiymətləndirib. Daha sonra çıxış edən Tələbə Həmkarlar İttifaqı Komitəsi sədri Daşqın Qənbərov layihə haqqında geniş məlumat verib və bu layihəyə dəstək olduqlarına görə Bakı Dövlət Universitetinin rektoru akademik Abel Məhərrəmova və universitet tələbələrinə öz minnətdarlığını bildirib. Daha sonra çıxış edən Şərqşünaslıq fakültəsi THT sədri Fərahim Barat bu tədbirin universitet gəncləri arasında humanizm prinsiplərinin daha da inkişaf etdirilməsi istiqamətində böyük əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd edib ki, bu tədbir gənclər arasında milli həmrəylik ruhunun daha da möhkəmləndirilməsində mühüm yer tutur. Tədbir Röya Ayxanın ifasında konsert proqramı ilə davam edib.

Mətbuat və İnformasiya şöbəsi, 31 may 2011-ci il.

(Material Azxeber.com xəbər portalında da yayımlanıb 02 iyun 2011-ci il)

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!