Fakültələrarası futbol çempionatının püşkatma mərasimi keçirilib

29/03/2011

Bu gün  Tələbə Həmkarlar İttifaqı Komitəsi, Bədən tərbiyəsi və İdman kafedrası ilə  birgə Ulu öndər, Ümummilli lider Heydər Əliyevin andan olmasının 88-ci il dönümünə həsr olunmuş fakültələrarası futbol çempionatının püşkatma mərhələsini keçirib.

Mərasimdə iştirak edən Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov  tədbiri giriş sözü ilə açaraq onun əhəmiyyətindən danışıb. D.Qənbərov qeyd edib ki, bu yarışma tələbələrin asudə vaxtının səmərəli təşkili və onların sağlam həyat tərzi keçirmələri, eyni zamanda Ulu öndər Heydər Əliyev ruhunda tərbiyyə edilmələri baxımından çox mühüm əhəmiyyət kəsb edir. Daha sonra Bədən tərbiyəsi və idman kafedrasının müdiri dos. Akif Atakişiyev yarışın universitetdə futbolun inkişafına çox böyük töhfə verdiyini bildirib. Fakültə Tələbə Həmkarlar Təşkilatı sədrlərinin və futbol komandalarının kapitanlarının iştirakı ilə keçən püskatma çox böyük həyacan və maraqla qarşılanıb. Onu da qeyd edək ki, çempionatın ilk oyunu 2 aprel tarixində keçiriləcək.

Mətbuatİnformasiya şöbəsi, 29 mart 2011-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!