Tələbə Həmkarlar İttifaqı Komitəsi beynəlxalq konfransda növbəti dəfə ölkəmizi təmsil etdi

25/04/2011

Aprel ayının 22-23 tarixlərində Əl-Fərabi adına Qazaxıstan Milli Universitetində “Müasir universitetdə tələbə özünü idarəetməsi: təcrübə, innovasiya və perspektivlər” mövzusunda forum keçirilib. Dünyanın 250-dən çox nüfuzlu universitetlərinin iştirak etdiyi forumda Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov ölkəmizi və universitetimizi təmsil edib. Forumun açılış mərasimində “Azərbaycanda Tələbə Həmkarlar İttifaqlarının fəaliyyət strategiyası” mövzusunda çıxış edən Daşqın Qənbərov ölkəmizdə tələbə təşkilatlarının təcrübəsini forum iştirakçılarının nəzərinə çatdırıb. Eyni zamanda ayrı-ayrı bölmələr üzrə keçirilən dinləmələrdə iştirak edən Daşqın Qənbərov bir neçə istiqamətli mövzularda çıxış edib. Sonda forumun nəticəsi olaraq iştirak edən universitetlərin nümayəndələri  arasında əməkdaşlıq memorandumu imzalanıb və bəyannamə qəbul edilib. Bir sözlə ölkəmiz və universitetimiz sözügedən forumda çox yüksək səviyyədə təmsil olunub.

Mətbuat və İnformasiya şöbəsi, 25 aprel 2011-ci il.

(Material "Komsomolskaya pravda", "CBN Extra" qəzetlərində də yayımlanıb 03-06 may 2011-ci il)


 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!