Tələbə Elmi Birliyinin tərkibi yenidən formalaşdırılıb

01/01/1970

Filologiya fakültəsində Tələbə Elmi Birliyinin iclası keçirilib. İclas TEB-in yeni fəaliyyət istiqamətinin, həmçinin idarə heyətinin və üzvlərinin müəyyənləşdirilməsi məqsədilə təşkil olunub. Filologiya fakültəsinin dekanı dosent Elçin Məmmədov tələbələrin elmi fəaliyyətə cəlb olunmasının perspektivlərindən bəhs edib. Bildirib ki, gələcəkdə fakültənin nüfuzunun daha da güclənməsində, kadr potensialının gəncləşməsində TEB-in fəaliyyəti mühüm əhəmiyyət daşıyır. Magistrlərlə yanaşı, bakalavriatların da elmi fəaliyyətə cəlb olunması, onların elmə olan marağının artırılması TEB-in diqqət mərkəzində olmalı, kafedraların nəzdindəki elmi dərnəklərlə TEB arasında əlaqələr möhkəmləndirilməlidir. Sevindirici  haldır ki, bu il təkcə 30-dan çox I kurs tələbəsi elmi fəaliyyətə cəlb olunub: onlara mövzular verilib, elmi rəhbərlər təyin olunub. Natiq onu da qeyd edib ki, TEB-in idarə olunmasını daha da ciddiləşdirmək üçün bu ildən etibarən ona rəhbərlik etmək fakültə əməkdaşına tapşırılıb. Eyni zamanda Elmi şuranın qərarı ilə fakültə TEB-in "Əsasnamə"si qəbul edilib və uzun illər təşkilatın adındakı cəmiyyət sözü "birlik" sözü ilə əvəzlənib.

TEB-in sədri, “Türkoloji araşdırmalar” ETL-in kiçik elmi işçisi Pərvin Eyvazov çıxış edərək birliyin fəaliyyət istiqamətləri, Əsasnaməsi, tələbələrin elmi tədbirlərdə iştirakı haqqında məlumat verib, elmi təşkilatlanmanın faydalarından danışıb. Sabah qruplarının da TEB-lə əməkdaşlıq etməsini müsbət qiymətləndirən sədr idarə heyətinin strukturunu və iş prinsiplərini tələbələrin diqqətinə çatdırıb. Bildirib ki, birliyin idarə heyətində bakalavrlar, Sabah qrupunun tələbələri və magistrantlar yer alacaq.

Elmi işlər üzrə dekan müavini, professor Nizami Xəlilov, “Folklor” dərnəyinə məsul şəxs, dissertant Gülnar Axundova çıxış edərək tələbələrə öz tövsiyə və məsləhətlərini verib.

Sonra TEB-in tərkibinin formalaşdırılması üçün müzakirələr aparılıb. Tələbələrin fikirləri öyrənilib, onların sualları cavablandırılıb, üzvlər seçilib. Yaxın günlərdə TEB yeni idarə heyəti ilə ilk iclasını keçirəcək, yeni fəaliyyət planını hazırlayacaq.

Mətbuat və informasiya şöbəsi, 01 mart 2017-ci il

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!