Tələbə - rəssam

28/02/2011

Bu günlərdə Sosial elmlər və psixologiya fakültəsinin psixologiya ixtisasının III kurs tələbəsi Gülnar Məmməd qızı Məmmədovanın Sumqayıt Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzində “Mənim rəngli dünyam” adlı fərdi rəsm sərgisi keçirilib. Sərgidə 53 rəsm işini nümayiş etdirən gənc rəssam hələ məktəb illərindən bu sahəyə xüsusi maraq göstərib. Bunu sezən valideynləri onu Sumqayıt Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzində fəaliyyət göstərən təsviri incəsənət dərnəyinə üzv yazdırıb. Rəssamlıqda ilk addımlarını atan Gülnar, getdikcə öz istedadını cilovlayaraq istedadlı rəssam kimi bu illər ərzində bir çox müsabiqələrdə iştirak edib. “20 Yanvar - əsrin faciəsi”, “Qar üstünə qan düşür”, “Elimizə bahar gəlir”, “Əbədi müstəqillik”, “Narkomaniyaya yox deyək” və “Milli mənəvi dəyərlərimiz” adlı müsabiqələr buna misaldır. Adları çəkilən müsabiqələrdə qazandığı uğurlar onda bir rəssam kimi özünə inamı daha da artırmışdır. 2008-ci ildə Sosial elmlər və psixologiya fakültəsinin psixologiya ixtisasına qəbul olan Gülnarın bu ixtisas üzrə təhsil alması onun dünyagörüşünə, baxış rakusuna ciddi formada təsir edib. O, daxilindəki təlatümləri daha aydın anlaya, cəmiyyətdə baş verən müxtəlif hadisələri daha şüurlu formada qavraya, ən önəmlisi isə insanı, onun daxili aləmini, yaşantısını mükəmməl dərk edə, özünəməxsus şəkildə fikir süzgəcindən keçirə bilmişdir. Bu, onu digərlərindən fərqləndirən əsas məziyyətlərdəndir. Əsl rəssam təbiətdə, cəmiyyətdə baş verən hadisələrə etinasız qala bilməz. Eyni zamanda, insanın daxili “mən”ini açmaq, onun sevincini, kədərini, sevgisini, faciəsini, iztirabını, ehtirasını göstərmək isə rəssamdan xüsusi bacarıq tələb edir. Rəssam sözlə deyə bilmədiklərini elə formada təqdim etməlidir ki, ona baxanı valeh etməklə yanaşı, onu düşündürsün, insan psixikasının alt qatlarında yatan duyğuları oyatsın. Gənc rəssam Gülnarda bu keyfiyyətlər var. Onun əl işlərinə baxanda vətənpərvərlik, sevgi, qayğı, həsrət və insanın daxili dünyasını açan psixoloji təzadları məharətlə vermək bacarığı hiss olunur.

Uğur olsun, gənc rəssam!

Mətbuat və İnformasiya şöbəsi, 28 fevral 2011-ci il.


 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!