Təşəkkür məktubu

03/02/2014

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 1 fevral 2014-cü il tarixli Sərəncamı ilə mən Gənclər üçün Prezident mükafatına layiq görülmüşəm. Bu gün mən belə yüksək mükafata layiq görüldüyüm üçün ilk növbədə Azərbaycan dövlətinə, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevə təşəkkür edirəm və dərin minnətdarlığımı bildirirəm. Respublikamızda dövlət gənclər siyasətinin formalaşdırılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər gənclərlə bağlı məsələləri həmişə dövlət siyasətinin əsas tərkib hissələrindən biri hesab edir, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi. Məhz onun 1 fevral 1997-ci il tarixli sərəncamı ilə 2 fevral Azərbaycan Respublikasında Gənclər günü kimi təsis edilmişdir.

Qloballaşmanın vüsət aldığı və informasiya cəmiyyətinin sürətlə formalaşdığı müasir dövrdə Azərbaycan Respublikasında sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin daha fəal iştirakını təmin etmək istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsi məqsədi ilə ulu öndərin yolunu uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən çoxsaylı sərəncam və fərmanlar verilmiş, o cümlədən 2011-ci il 7 iyul tarixli 1621 nömrəli Sərəncamla “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı” təsdiq edilmiş və 2013-cü il 2 iyul tarixli 934 nömrəli Fərmanla Gənclər üçün Prezident Mükafatı təsis edilmişdir. Bu sərəncam və fərmanlar cəmiyyətin maraqlarının təmin edilməsi və ölkə iqtisadiyyatının rəqabətə davamlılıq qabiliyyətinin artırılması üçün gəncliyin innovativ potensialından geniş istifadə olunmasına əlverişli zəmin yaratmışdır. Məhz Prezident İlham Əliyevin böyük əməyi və səyi nəticəsində Azərbaycan gəncliyi bu gün artıq cəmiyyətin inkişafında ciddi rolu olan fəal sosial təbəqəyə çevrilibdir.

Dövlətin gənclər siyasətinin həyata keçirilməsi sahəsində təhsil aldığım və hazırda çalışdığım doğma Bakı Dövlət Universitetində də mühüm tədbirlər həyata keçirilmişdir və bu gün də bu siyasət uğurla davam etdirilir. Hörmətli rektorumuz akademik Abel Məhərrəmov tərəfindən gənc nəslə hərtərəfli diqqət və qayğı göstərilir, gənclərin elm və təhsil sahəsində fəal iştirakının təmin olunması və beynəlxalq aləmdə tanınan və qəbul edilən nailiyyətlər əldə etməsi üçün bütün şərait yaradılmışdır. Bu diqqət və qayğının sayəsində mən 2010-cu ildə MDB ölkələrinin “LOMONOSOV 2010” gənclərin elmi forumunda iştirak edərək təqdim etdiyim “Su səthindən neftin təmizlənməsinə nanotexnologiyanın tətbiqi” innovasiya proyektinə görə diplomla mükafatlandirılmışam, 2011-ci ildə Gənclər və İdman nazirliyi tərəfindən elm və təhsil sahəsində qazandığım uğurlara görə Gənclər Mükafatı laureatı adına layiq görülmüşəm, 2012-ci ildə nanotexnologiya sahəsində qazandığım uğurlara görə MDB ölkələrinin "Debütların birliyi" beynəlxalq mükafatına layiq görülmüşəm və bu mükafat mənə Türkmənistanın paytaxtı Aşqabad şəhərində Türkmənistan Respublikasının prezidenti tərəfindən təqdim olunmuşdur. Bu gün mən Universitetin Gənc Alimlər Şurasının sədri kimi mənə göstərilən diqqət və qayğıya, əldə etdiyim bu nailiyyətlərə görə həm universitet rəhbərliyinə, həm də Gənclər və İdman nazirliyinə təşəkkür edir və minnətdarlığımı bildirirəm. Hesab edirəm ki, mənə verilən bu mükafat universitet elminə, ümumiyyətlə Azərbaycan elminə və təhsilinə verilən müküfatdır və mən bu etimadı doğrultmaq üçün bundan sonra da bütün səy və bacarığımla çalışacağam.

Hacıyeva Flora, Bakı Dövlət Universitetin Nanomaterialların kimyəvi fizikası kafedrasının müəllimi

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!