“Təhsilin inkişaf strategiyası və onun reallaşdırılması” mövzusunda elmi-praktiki konfrans

07/05/2015

Bu gün Bakı  Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş “Təhsilin inkişaf strategiyası və onun reallaşdırılması” mövzusunda respublika elmi-praktiki konfransı keçirilib. Universitetin sosial elmlər və psixologiya fakültəsinin təşkilatçılığı ilə keçirilən konfransı rektor, akademik Abel Məhərrəmov açaraq onun əhəmiyyətindən danışıb. “Xoşbəxt o xalqdır ki, onun ümummilli lideri var, xalq o vaxt daha da xoşbəxt olur ki, bu siyasi kurs ölkədə uğurla davam etdirilir” deyən rektor Abel Məhərrəmov ulu öndərin milli dövlətçilik ideyasının bərqərar olması, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması, elm və təhsilin inkişafındakı tarixi xidmətlərindən bəhs edib. Deyib ki, bu konfrans sosial elmlər və psixologiya sahəsində, müasir təhsil və cəmiyyətin inkişafında müşahidə olunan problemlərin həll edilməsi istiqamətində aparılan elmi-tədqiqat işlərinin nəticələrinin müzakirə edilməsi baxımından da səmərəli olacaq.

Sonra sosial elmlər və psixologiya fakültəsinin  dekanı, professor  Hikmət Əlizadə Qafqaz Universitetinin kafedra müdiri, professor Əjdər Ağayev, BDU-nun pedaqogika kafedrasının müdiri, professor Ləzifə Qasımova çıxış ediblər.

Konfrans işini bölmə iclaslarında davam etdirib və ümumilikdə 144 məruzə dinlənilib.

Mətbuat və informasiya şöbəsi 07 may 2015-ci il.


 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!