Təhsil Nazirliyinin «Ali Təhsil müəssisələri» Facebook səhifəsinin qalibi yenə də BDU-dur

01/04/2015

Təhsil Nazirliyi «Ali Təhsil müəssisələri» Facebook səhifəsində aktiv fəaliyyət göstərən ali təhsil müəssisələrinin informasiya mübadiləsi baxımından mart ayı üzrə statistikasını açıqlayıb. Qrupun mart ayı üzrə fəalı 426 balla Bakı Dövlət Universitetidir.

Azərbaycan Dillər Universiteti, Azərbaycan Müəllimlər Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti sonrakı yerləri bölüşüblər.

Xatırladaq ki, Təhsil Nazirliyinin «Ali Təhsil müəssisələri» Facebook səhifəsinin yaradılması, işinin təşkili və qrup üzvlərinin fəaliyyətinin təkmilləşdirilməsində əsas məqsəd ölkəmizdəki təhsil islahatlarının nəticələrini və hər bir təhsil müəssisəsinin həyatında baş verən yenilikləri paylaşmaq,  ali təhsil müəssisələri arasında informasiya mübadiləsini təşkil etmək, vahid informasiya siyasətini həyata keçirməkdir.

Onu da qeyd edək ki, Təhsil Nazirliyi «Ali Təhsil müəssisələri» Facebook səhifəsinin fevral ayının qalibi də Bakı Dövlət Universiteti idi.

Mətbuat və informasiya şöbəsi, 01 aprel 2015-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!