“Thomson Reuters” agentliyinin nümayəndələri BDU-da olublar

16/06/2017

“Thomson Reuters” Agentliyinin Elmi tədqiqatlar və intellektual mülkiyyət departamentinin Təhsil Proqramları şöbəsinin müdiri Valentin Boqorov, Rusiya və MDB üzrə  direktoru Oleq Gennadyeviç Utkin və   Azərbaycan üzrə nümayəndəsi Aygün Babazadə  Bakı  Dövlət Universitetində  olublar.  Qonaqları universitetdə görməsindən məmnun olduğunu deyən rektor, akademik Abel  Məhərrəmov onlara  universitetin  elmi nailiyyətləri, beynəlxalq əlaqələri haqqında məlumat verib. Rektor dünyada gedən elmi-tədqiqat işləri haqqında alimlərimizin məlumatlı olması üçün “Thomson Reuters”in xidmətlərinin təqdirəlayiq olduğunu bildirib. Valentin Boqorov və Aygün Babazadə “Thomson Reuters”, “Web of Science” elmi məlumatlar bazası haqqında ətraflı məlumat veriblər. Bildiriblər ki, “Web of Science” beynəlxalq səviyyədə tanınmış elmi portaldır. Portal 1964-cü ildə informasiya institutunun bazasında yaradılıb və əvvəllər yalnız elmi tədqiqatların, elmi işlərin istinad indeksinin müəyyənləşdirilməsi üzrə fəaliyyət göstərib. Lakin sonradan görülən keyfiyyətli iş sayəsində dünyanın aparıcı agentlikləri ilə rəqabətə girərək öndə dayanmağa layiq olub.

Aygün Babazadə həmçinin  agentliyin müəyyənləşdirdiyi indenksli jurnallarda BDU alimlərinin məqalələrinin ildən-ilə artdığını  və yüksək göstəricilər qazandıqlarını vurğulayıb.

Mətbuat və informasiya şöbəsi, 16 iyun 2017-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!