THiK “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı layihəsi ilə bağlı universitet tələbələrindən gələn təklifləri müzakirə edib

11/05/2011

Bu gün  Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi prezident İlham Əliyevin göstərişinə uyğun olaraq hazırlanmaqda olan “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı layihəsini müzakirə etmək və təklifləri ümumiləşdirmək məqsədilə universitetin yüksək tədris göstəricili və ictimai fəal bir qrup tələbələrinin iştirakı ilə tədbir keçirib. Tədbiri giriş sözü ilə açan THİK-nin sədri Daşqın Qənbərov ölkəmizdə gənclərlə bağlı həyata keçirilən dövlət siyasətindən danışıb və bu siyasətin gənclərin formalaşmasındakı rolundan söhbət açıb. D.Qənbərov hazırlanmaqda olan yeni Dövlət Proqramı layihəsinin gənclərin inkişafı istiqamətində çox mühüm bir mərhələ olduğunu qeyd edib. Çıxış edən THİK-in sədr müavini Sahil Hacıyev tələbələri müzakirələrdə fəal olmağa çağırıb, onları düşündürən problem və təkliflərlə çıxış etməyə dəvət edib. Təkliflə çıxış edən tələbələrdən Kitabxanaçılıq- informasiya fakültəsinin THT sədri Elvin İbrahimov təhsildə şəvfavlığın artırılması məsələsinə toxunub. Daha sonra Filologiya fakültəsinin THT sədri Elməddin Əmirov təcrübəyə göndərilmələri ilə bağlı təkmilləşmələrin aparılmasını təklif edib. Çıxış edən tələbələr bir çıx təkliflər irəli sürüblər. Sonda məqsədə müvafiq hesab edilən təkliflərin işçi qrupa təqdim edilməsi qərara alınıb.

Mətbuat və İnformasiya şöbəsi, 11 may 2011-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!