TEMPUS layihəsi çərçivəsində FLEPP təlimlərinə start verilib

22/01/2015

Bakı Dövlət Universitetində TEMPUS layihəsi çərçivəsində FLEPP (Foreign Languages Education for Professional Purposes) təlimlərinə start verilib. Təlimi giriş sözü ilə Bakı Dövlət Universitetinin xarici tələbələrlə iş üzrə dekanı, TEMPUS-FLEPP layihəsinin  BDU üzrə koordinatoru Gülheyran Rəhimova açıb. 4 gün davam edəcək təlim yanvarın 24-ündə başa çatacaq. Təlimlərdə BDU-nun humanitar və təbiət fakültələri üzrə ingilis dili kafedralarının müəllimləri iştirak edir. Təlimçi Azərbaycan Dillər Universitetinin Təlimdə innovasiyalar kafedrasının baş müəllimi Nərgiz Əliyevadır.

Qeyd edək ki, layihəsi çərçivəsində BDU-da bir neçə gün öncə  təqdimat keçirilib. Təqdimatı giriş sözü ilə İngilis dili kafedrasının müdiri Bəylər Hacıyev  və  layihənin təlimçi-müəllimi Zəhra Əhmədova edib. Eyni zamanda layihənin digər təlimçi-müəllimləri Mənsurə Ağayeva və Mətanət Əliyevanın təqdimatları maraqla qarşılanıb.

Mətbuat və informasiya şöbəsi, 22 yanvar 2015-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!