Tədris Elektron Mərkəzinin açılışı olub

20/11/2010

Noyabrın 22-də Böyük Elmi Şuranın növbəti iclasında Tədris elektron mərkəzinin fəaliyyətə başlaması haqqında qərar qəbul edilib və həmin gün mərkəzin açılışı olub. Açılış mərasimində çıxış edən rektor, akademik Abel Məhərrəmov Tədris elektron mərkəzinin yaranma zərurətindən, fəaliyyət istiqamətindən bəhs edib. Rektorun sözlərindən məlum olub ki, qurum BDU-nun 2006-cı ildən etibarən Boloniya prosesinə qoşulması ilə əlaqədar bu prosesin prinsiplərinin həyata keçirilməsinə ciddi nəzarət edilməsi məqsədilə yaradılıb.
Mərkəz, eyni zamanda, universitetdə bakalavriat və magistratura pillələri üzrə tədris prosesinin gedişinə, imtahan sessiyasının mütəşəkkil keçirilməsinə, ayrı-ayrı fənlər üzrə kreditlərin yerinə yetirilməsinə, distant təhsil tətbiqinin genişləndirilməsinə və tədrisin keyfiyyətinin yüksəldilməsinə nəzarətin daha da gücləndirilməsi işini yerinə yetirir.
Açılış mərasimində iştirak və çıxış edən professor-müəllim heyəti Tədris elektron mərkəzinin əhəmiyyətini vurğulayıb, bu sistemin tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edəcəyinə əmin olduqlarını bildiriblər.


BDU-nun Mətbuat və İnformasiya şöbəsi, 20 noyabr 2010-cu il.
(Memorandum APA, Riyad Media informasiya agentliklərində, “Ekspress”, “Yeni Azərbaycan”, və “Azərbaycan müəllimi qəzetlərində də yayımlanıb – 24-25-31 noyabr 2010-cu il).

 

 

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!