Tbilisi Dövlət Universitetinin professorları ilə görüş

24/11/2015

Tbilisi Dövlət Universitetinin professoru, Jurnalistika və KİV bölməsinin müdiri Mariam Gersamia və professor Maia Toradze BDU-da olublar. Xarici tələbələrlə iş üzrə dekan Gülheyran Rəhimova, Radio Televiziya Jurnalistikası kafedrasının müdiri, dosent Aynur Kərimova və Beynəlxalq layihələr şöbəsinin müdiri Elmira İsmayılova Mariam Gersamia və Maia Toradze ilə BDU və TSU arasında Jurnalistika sahəsində əməkdaşlıq imkanları, birgə layihələrdə iştirak və s. haqqında fikir mübadiləsi aparıblar. Görüşün əsas məqsədi əməkdaşlıq və tərəfdaşlıq layihələrinin hazırlanması olub. Qonaqlar jurnalistika fakültəsində də olub və dekan, professor Şamil Vəliyev, dekan müavinləri və kafedra müdirləri ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər. Onu da bildirək ki, Bakı Dövlət və və Tbilisi Dövlət universitetləri arasında 18 dekabr 2014-cü il tarixində Anlaşma Memorandumu imzalanıb.

Mətbuat və informasiya şöbəsi, 24 noyabr 2015-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!