Tarix fakültəsinin Tədris-Metodiki Şurasının hesabatı qənaətbəxş hesab edilib

01/11/2016

Bakı Dövlət Universiteti Tarix fakültəsi Elmi Şurasının  1 noyabr 2016-cı il tarixli iclasında fakültə Tədris-Metodiki Şurasının (TMŞ) 2015-2016-cı tədris ili üçün hesabatı dinlənilib. Hesabat məruzəsi ilə TMŞ-nin sədri, professor Nisbət Mehdiyeva çıxış edib. Şura üzvlərindən Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının müdiri, dosent Mehman Abdullayev, Türk xalqları tarixi kafedrasının müdiri, professor Əsmət Muxtarova, Arxeologiya və etnoqrafiya kafedrasının müdiri, professor Qüdrət İsmayılzadə, Qafqaz xalqları tarixi kafedrasının müdiri, professor İradə Hüseynova,Tədris işləri üzrə dekan müavini Bəxtiyar Nəbiyev və dekan Azad Rzayev hesabat ətrafında müzakirələrdə iştirak edib və onu müsbət qiymətləndiriblər. İclasın sonunda BDU-nun TMŞ-nın sədri, akademik Vasif Babazadə çıxış edib, Tarix fakültəsi TMŞ-nin sədri, professor Nisbət Mehdiyevanın 2015-2016-cı tədris ili üçün hazırladığı hesabatı qənaətbəxş qiymətləndirib.

Mətbuat və informasiya şöbəsi, 01 noyabr 2016-cı il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!