Tarix fakültəsində “Müstəqil Azərbaycanın 25 il ərzində keçdiyi tarixi yol” adlı elmi-praktik konfrans

09/12/2016

Bakı Dövlət Universitetinin Tarix fakültəsində “Müstəqil Azərbaycanın 25 il ərzində keçdiyi tarixi yol” adlı elmi-praktik konfrans keçirilib. Konfransı giriş sözü ilə açan Elm və innovasiyalar üzrə prorektor, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə Azərbaycanın 25 il ərzində keçdiyi şərəfli tarixdən bəhs edib. Qeyd edib ki, bu müddət ərzində beynəlxalq aləmdə nüfuz və söz sahibinə çevrilib.

“Milli ideologiyanın formalaşmasında Heydər Əliyevin rolu” adlı məruzə ilə çıxış edən Tarix fakültəsinin dekanı, dosent Azad Rzayev qeyd edib ki son dərəcə ağır bir vaxtda xilaskarlıq missiyasını cəsarətlə öz üzərinə götürən Heydər Əliyev Azərbaycanı məhv olmaq, müstəqilliyini itirmək təhlükəsindən xilas etdi və ölkənin gələcək inkişafı üçün əsaslı zəmin yaradıldı.

Daha sonra tarix üzrə elmlər doktoru Nuru Məmmədov “Heydər Əliyev müstəqilliyimizin möhkəmlənməsinin banisidir” və Tələbə Elmi Cəmiyyətinin  sədri, III kurs tələbəsi A.Bayramova “Müstəqil Azərbaycan Respublikası bizim ən böyük tarixi nailiyyətimizdir” adlı məruzələrlə çıxış ediblər.

Mətbuat və informasiya şöbəsi, 9 dekabr 2016-cı il

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!