Tarix fakültəsində Həmkarlar Təşkilatının hesabat-seçki iclası keçirilib

06/03/2015

Bakı Dövlət Universitetinin Tarix fakültəsində Həmkarlar Təşkilatının hesabat-seçki iclası keçirilib. Öncə dekan, dosent Azad Rzayev çıxış edərək fakültənin xanım əməkdaşlarını 8 mart - Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edib, elmi və pedaqoji fəaliyyətlərində uğurlar, aliə səadəti arulayıb.
Sonra fakültə Həmkarlar Təşkilatının sədri, professor Əmrah Dadaşovun hesabatı dinlənilib.
Kafedra müdirləri – Əsmət Muxtarova, Mehman Abdullayev və Məmməd Baxışovun hesabatla bağlı çıxışlarından sonra Ə.Dadaşov sualları cavalandırıb.
BDU HİK-in sədri, dosent Fikrət Şiriyev professor Əmrah Dadaşovun işindən razılığını ifadə edib, onun həmkarların işində aktiv iştirakına diqqət çəkib.
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə professor Əmrah Dadaşovun şəxsi keyfiyyətlərindən, fakültədəki fəaliyyətindən, eyni zamanda Həmkarlar Təşkilatının sədri kimi xidmətlərindən danışıb.
Professor Əmrah Dadaşov yenidən fakültə Həmkarlar Təşkilatının sədri seçilib.

Mətbuat və İnformasiya şöbəsi, 06 mart 2015-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!