Tarix fakültəsində Elmi şura keçirilib

15/02/2012

Fevralın 14-də Tarix fakültəsinin elmi şurasının genişləndirilmiş iclası keçirilib. Gündəliyə fakültənin 2011/2012-ci tədris ilinin qış imtahanı sessiyasının nəticələri və ilin ikinci yarısına hazırlıq məsələləri daxil idi. Elmi şura öz işinə başlayan kimi fakültənin magistratura, aspirantura və doktorantura üzrə dekan müavini, professor Rafael Süleymanov kollektiv adından dosent Azad Rzayevi dekan olması münasibətilə təbrik edib və ona gələcək işlərində müvəffəqiyyətlər arzulayıb. Dosent A.Rzayev də öz növbəsində kollektivə ona etimad göstərdiklərinə görə təşəkkürünü bildirib, bu məsul vəzifədə bütün varlığı ilə çalışacağına və ona göstərilən etimadı doğruldacağına söz verib. Həmçinin o, qış imtahan sessiyasının nəticələri haqqında məlumat verib. A.Rzayev çıxışında fakültənin kollektivi qarşısında duran gələcək vəzifələrdən də danışıb.

Mətbuat və İnformasiya şöbəsi, 15 fevral 2012-ci il.

 
 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!

 
«Bakı Universiteti» nəşriyyatı
02/06/2011 -

«Bakı Universiteti» nəşriyyatı fəaliyyəti...

 
BDU-nun \"dad və ləzzət\" strukturu
27/05/2011 -

BDU-da fəaliyyət göstərən yeməkxanalar haqqında hazırladığımız reportaj...