Tarix fakültəsində “Elmi tədqiqat nədir və necə aparılmalıdır?” mövzusunda seminar

10/10/2016

Tarix fakültəsində Dünya Azərbaycanlıları elmi-tədqiqat laboratoriyası, Türk xaqları tarixi kafedrası və kafedranın nəzdində fəaliyyət göstərən “Türk dünyası gənc tədqiqatçılar” dərnəyinin təşkilatçılığı ilə “Elmi tədqiqat nədir və necə aparılmalıdır?” mövzusunda seminar keçirilib. Seminarı açan dekan Azad Rzayev onun işinə uğurlar arzu edib. Seminarın rəhbəri və məruzəçisi Tarix fakültəsinin böyük elmi işçisi Səidə Quliyeva olub. Seminarda elmi-tədqiqat mövzusunun seçilməsi, hipotezin qoyuluşu, tədqiqatların növləri və tədqiqat metodları, müvafiq tədqiqat strukturları, akademik yazı qaydaları, materialların toplanması, plagiata yol verməmək və digər vacib məsələlər barədə məlumat verilib, elmi-tədqiqat mexanizmi izah edilib. Seminarda bakalavr, magist, doktorantlar və gənc müəllimlər iştirak ediblər.

Mətbuat və informasiya şöbəsi,  10 oktyabr 2016-cı il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!