Tanınmış rusiyalı alim BDU-da

24/04/2015

Moskva Dövlət Universitetinin İqtisadiyyat fakültəsinin professoru Kaysın Xudiyev Azretoviç Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində olub. Professor-müəllim heyəti və tələbələrlə görüşdə Rusiya və regionun iqtisadiyyatında son durum, yeni çağırışlar barədə fikir mübadiləsi aparıb. Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin professorları - Amil Məhərrəmov və Hacıağa Rüstəmbəyov görkəmli iqtisadiyyatçı ilə elmi əlaqələrin davam etdirilməsi haqqında razılıq əldə ediblər. Keçmiş Sovetlər Birliyi ölkələrində yetərincə tanınan iqtisadçı-alim Kaysın Xudiyev müasir iqtisadi proseslər haqqında mühazirə oxumaq üçün mütəmadi olaraq müxtəlif region ölkələrinə dəvət olunur. Respublikamıza səfəri zamanı bir neçə ali məktəbdə olub, iqtsadçı kadrların hazırlığı ilə maraqlanıb.

Mətbuat və informasiya şöbəsi, 24 aprel 2015-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!