Tanınmış ekspert mühazirə oxuyub

26/02/2018

ABŞ-ın Georgetown Universitetinin Uşaq İnkişafı Mərkəzinin Tədris Direktoru, Pediatriya fakültəsinin professoru, Erkən Müdaxilə üzrə Məzun sertifikatı Proqramının Rəhbəri  Dr. Toby Long  BDU-nun Sosial elmlər və psixologiya fakültəsində müəllimlər üçün"Autizm Spektr Pozuntuları"(Etioloji, Diaqnostik meyar, Müayinə və diaqnoz, Dəlillərə əsasən təcrübələr) və "Uşaqlarda inkişafın ləngimələri"(İnkişaf ləngiməsi olan uşaqların tələbatlarının müəyyən olunması, davranış pozuntuları, əqli gerilik və inkişaf ləngiməsi, kiçik yaşlı uşaqların zehni sağlamlığı, hiperaktivlik və diqqət yayınlığı) mövzularında  mühazirə oxuyub. Dr. Long fiziki məhdudiyyəti və xüsusi sağlamlıq ehtiyacları olan uşaqlara xidmətlər üzrə beynəlxalq səviyyədə tanınmış ekspertdir.

Onu da qeyd edək ki, martın ilk ongünlüyündə mühazirələr ictimaiyyətə açıq olacaq. Seminarda iştirak üçün qeydiyyat tələb olunur.

Mətbuat və informasiya şöbəsi, 26 fevral 2018-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!