Tanınmış alim Əkbər Bayramov vəfat edib

09/07/2017

Bakı Dövlət Universitetinin fəxri professoru, psixologiya elmləri doktoru, əməkdar elm xadimi, Əkbər Salman oğlu Bayramov vəfat edib. Ə.Bayramov 1930-cu ildə anadan olub. 1949-cu ildə Ağdam Pedaqoji Texni­kumunu və 1954-cü ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Məntiq-psixologiya şöbəsini əla qiymətlərlə bitirib. 1954-1957-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində psixologiya ixtisası üzrə aspi­ranturada təhsil alıb. 1957-1958-ci illərdə ADPU-da aspirantura şöbə­sinin müdiri, 1958-1960-cı illərdə isə elmi işlər üzrə prorektorun köməkçisi işləyib. 1959-cu ildə namizədlik, 1969-cu ildə doktorluq dissertasiyası müdafiə edib. 1960-1970-ci illərdə ADPU-nun psixologiya kafedrasında baş müəllim, dosent, professor vəzifələrində işləyib. 1971-1992-ci illərdə ADPU-da Pedaqogika və psixologiya kafedrasının müdiri, 1992-ci ildən 1997-ci ilə qədər BDU-da Psixologiya kafedrasının müdiri olub. Həmin ildən öz fəaliyyətini kafedranın professoru kimi davam etdirib. Son dövrlər xalqımızın ədəbi-bədii irsində, “Kitabi-Dədə Qorqud” dastanlarında, xü­susən də klassik sənətkarların (Nizami Gəncəvi, İ.Nəsimi, M.Füzuli, A.Ba­kıxanov, M.F.Axundov, C.Məm­mədquluzadə, M.Ə.Sabir) ədəbi irsində psixoloji ideyaların inkişafını tədqiq edib. Elmi rəhbərliyi ilə psixologiya elmi üzrə 35-dən artıq elmlər namizədi və elmlər doktoru hazırlanıb. “Şərəf nişanı” ordeni, “SSRİ maarif əlaçısı” və “Şöhrət” ordeni, eləcə də Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəxri fərmanları ilə təltif edilib. Əməkdar elm xadimi fəxri adı alıb. Prezident təqaüdçüsüdür. Psixologiya elminin, təlim-tərbiyənin aktual məsələlərinə dair 270-dən artıq qəzet məqaləsinin müəllifidir. Psixologiya, pedaqogika, məntiq və s. elmlər üzrə o, 35-dən artıq dərslik, dərs vəsaiti və monoqrafiyanın elmi redaktoru olub. Respublikada psixologiya elminin inkişafında, yeni psixoloqlar nəslinin yetişməsində Əkbər Bayramov əvəzsiz xidmətlər göstərib.

Allah rəhmət eləsin!

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!