İtaliya universitetləri ilə əməkdaşlıq məsələləri müzakirə olunub

01/11/2012

Kataniya Universitetinin prorektoru, professor Dario Pettinato,  Kataniya Universitetinin professoru Antonio D’Agata, Roma Tre Universitetinin professoru Marko Giuzeppe Valigi, La Sapienza Universitetinin professoru Allessandro Saggioro BDU-da olublar. Qonaqlar BDU-nun beynəlxalq əlaqələr və əməkdaşlıq üzrə prorektoru, dosent Şəlalə Məmmədova ilə görüşüblər. Görüş zamanı tədris və tədqiqatlar sahəsində əməkdaşlıq sahələri müzakirə olunub, birgə layihələrin və elmi əməkdaşlığın inkişafı üçün universitetlər arası əməkdaşlıq proqramları nəzərdən keçirilib. Daha sonra italiyalı qonaqlar  universitetlə tanış olub, elmi-tədqiqat laboratoriyalarına, Tarix və Beynəlxalq əlaqələr fakültəsinə baş çekiblər.

Mətbuat və informasiya Şöbəsi, 01 noyabr 2012-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!