İsveçrənin ThermoFischer Scientific şirkətinin nümayəndələri BDU-da

05/03/2014

Bu gün Bakı Dövlət Universitetində rektor, akademik Abel Məhərrəmov İsveçrənin ThermoFischer Scientific şirkətinin nümayəndələrini qəbul edib. Görüşdə ThermoFischer Scientific şirkətinin satış şöbəsinin MDB ölkələri üzrə rəhbəri Piter Bellont, şirkətin MDB ölkələri üzrə distrubitoru, Termo Texno təşkilatının “Elm və Təhsil” üzrə rəhbəri Nikolay Perekopayk, analitik cihazların satışı üzrə menenceri Roman Qunberq iştirak edib. Rektor Abel Məhərrəmov BDU-da elmi tədqiqat işlərinin aparılmasından, uğurlu nəticələr əldə etmək məqsədilə ən müasir cihazların alınmasından və bu sahədə qazanılan nailiyyətlərdən danışıb. Şirkət nümayəndələri universitetdə elmi-tədqiqat işlərinin yüksək səviyyədə həyata keçirilməsindən, burada olmaqdan məmnunluqlarını ifadə ediblər. Sonda ThermoFischer Scientific şirkətində istehsal edilən analitik cihazların Bakı Dövlət Universitetinə alınması barədə razılıq əldə edilib. Qonaqlar cihazların texniki imkanları barədə nanoaraşdırmalar laboratoriyasında məruzə ediblər. Görüşdə universitetin Elm və İnnovasiyalar üzrə prorektoru, professor Aydın Kazımzadə, Kimya fakültəsinin dekanı, professor Abdulsayid Əzimov və Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov iştirak edib.

Mətbuat və informasiya şöbəsi, 05 mart 2014-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!