İsveçrənin tanınmış eksperti tələbələr üçün seminar keçib

11/04/2017

İsveçrənin tanınmış media və PR eksperti, pedaqoq Aleksandra Stark Bakı Dövlət Univeristetinin Jurnalistika fakültəsində olub. Öncə dekan, professor Cahangir Məmmədli, Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli, Beynəlxalq jurnalistika kafedrasının müdiri, professir Həmid Vəliyev, fakültənin ingilisdilli qruplarının müəllimlərinin iştirakı ilə keçirilən görüşdə İsveşrə mətbuatı, ənənəvi və sosial media ilə bağlı fikir mübadiləsi aparılıb.

Sonra Aleksandra Stark tələbələr üçün seminar keçib. Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli bildirib ki, seminar Mətbuat Şurası ilə İsveçrənin Azərbaycandakı səfirliyinin birgə əməkdaşlığı çərçivəsində baş tutur,  əsasən onlayn media, media marketinqi və sosial şəbəkələr mövzusunda mühazirələr təqdim olunur.

30-a yaxın tələbənin qatıldığı seminarda ekspert A.Stark iştirakçılara yeni media, informasiya texnologiyalarının inkişafının doğurduğu mənzərənin jurnalist fəaliyyətinə təsiri, etik standartlar və sair mövzularda məlumatlar verib, sualları cavablandırıb. Seminar qarşılıqlı fikir mübadiləsi şəraitində keçib.

A.Stark eyni zamanda bildirib ki, son 20 ildə internetin sürətli inkişafı nəticəsində ən çox dəyişikliyə məruz qalan sahə məhz mediadır. Buna görə də sahəyə spesifik yanaşma mütləqdir. Belə yanaşma həm də medianın IV hakimiyyət missiyası ilə əlaqədardır.

Təlimçi İsveçrədə media qurumlarına xas göstəricilərdən danışarkən vurğulayıb ki, 4 rəsmi dili olan ölkənin media palitrası da kifayət qədər zəngindir. Belə ki, İsveçrədə müxtəlif dillərdə fəaliyyət göstərən kütləvi informasiya vasitələri var. 6 milli telekanal, 13 milli radio, çoxlu sayda özəl telekanallar fəaliyyət göstərir. Çap mediasına gəlincə, burada hər sahə üzrə ayrıca nəşrlərin mövcudluğu diqqət çəkir.

Mətbuat və informasiya şöbəsi, 11 aprel 2017-c il

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!